
Ukraynanın Prezidenti Volodimir Zelenski Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünü ikitərəfli münasibətlərin aktivləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib.
“Baş nazir Nikol Paşinyanla yaxşı görüş. Avropa Siyasi Birliyinin sammitində iştiraka dəvətə görə təşəkkür edirəm.
Bu, son 24 il ərzində Ukrayna Prezidentinin Ermənistana ilk səfəridir. Vacibdir ki, biz ölkələrimiz arasında aktiv dialoqu bərpa edirik” – deyərək Zelenski öz X mikrobloqunda yazıb.







