BaşlıcaSiyasət

Papikyan və Kalinyak Ermənistan-Slovakiya müdafiə sektorunda əməkdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər

Rəsmi səfərlə Polşada olan Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan Varşavada Slovakiya Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinyak ilə görüşüb.

ER Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüş zamanı tərəflər Ermənistan-Slovakiya müdafiə sektorunda əməkdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər və əməkdaşlığın perspektivlərinə toxunublar.

Hər iki tərəf hərbi təhsilin, peşəkar təcrübə mübadiləsinin, təlimlərin və hərbi-texniki əməkdaşlığın istiqamətlərinin vacibliyini vurğulayıblar.

Yaxın gələcəkdə əməkdaşlığa praktiki istiqamət verilməsi barədə razılıq əldə edilib.

Görüşdə Ermənistanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Arzumanyan da iştirak edib.

Qeyd etmək lazımdır ki, Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan 5 mayda rəsmi səfərlə Polşaya yola düşüb.

Daha çox göstər
Back to top button