BaşlıcaSiyasət

ABŞ Dövlət katibi müavininin köməkçisi ilə TRIPP layihəsi və Vaşinqton sazişləri barədə bir sıra məsələlər müzakirə olunub

Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət katibi müavininin köməkçisi Sonata Koulteri qəbul edib. Qriqoryan görüşün təfərrüatlarını “Facebook” səhifəsində etdiyi paylaşım vasitəsilə bildirib.

“Məmnuniyyətlə hər iki tərəfin Vaşinqton sazişlərini vurğuladıq və bu çərçivədə həyata keçirilən əməkdaşlığın nəzərəçarpacaq nəticələrini qeyd etdik. Həmçinin ‘Beynəlxalq sülh və rifah naminə Trampın yolu’ (TRIPP) layihəsinin icrası çərçivəsində görülən işlərə və onların gələcək gedişatına toxunduq.

Həmkarımla ikitərəfli maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi apardıq” — deyə Ermənistan TŞ katibi yazıb.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Sonata Koulterin rəhbərlik etdiyi nümayəndə heyətini Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan da qəbul edib. Bu barədə nazirin Facebook səhifəsindən məlumat alırıq.

“Qonaqları salamladım və ABŞ hökuməti ilə mövcud zəngin iş gündəmini yüksək qiymətləndirdim, ikitərəfli əməkdaşlığın davamlı inkişafının vacibliyini və birgə layihələrin həyata keçirilməsi istiqamətində hazırlığımızı vurğuladım. Görüş zamanı TRIPP layihəsi ilə bağlı bir sıra məsələləri müzakirə etdik” — deyə David Xudatyan qeyd edib.

Daha çox göstər
Back to top button