BaşlıcaSiyasət

Alis Rufo: “Ermənistan və Fransa PUA, süni intellekt, kvant hesablamaları və digər sahələrdə əməkdaşlığı dərinləşdirəcəklər”

Fransa Prezidenti Emmanuel Makronun Ermənistana dövlət səfəri çərçivəsində mayın 5-də Yerevanda imzalanmış qarşılıqlı anlaşma memorandumu hər iki ölkəyə artıq üç illik tarixə malik əməkdaşlığı, xüsusilə pilotsuz uçuş aparatları (PUA), süni intellekt və kvant hesablamaları sahələrində dərinləşdirməyə imkan verəcək.

Alınan məlumatıa görə, bu barədə Fransanın Silahlı Qüvvələr və Veteranlar nazirliyinin müvəkkil naziri Alis Rufo “X” sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.

“Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Hayrapetyan ilə qarşılıqlı anlaşma memorandumunun imzalanmasından məmnunam.

Bu, onun rəhbərlik etdiyi nazirliklə Silahlı Qüvvələr Nazirliyinin Müdafiə İnnovasiyaları Agentliyi arasındakı əməkdaşlığa rəsmi xarakter verir.

 Bu saziş iki ölkə arasında 2023-cü ildə başlayan tədqiqat və innovasiyalar sahəsində, xüsusən də PUA-lar, süni intellekt və kvant hesablamaları sahələrində əməkdaşlığı dərinləşdirməyə imkan verəcək” – deyə o, qeyd edib.

Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Ermənistana dövlət səfəri çərçivəsində mayın 5-də yüksək texnologiyalar və hərbi sənaye sahələrində ikitərəfli əməkdaşlığın inkişafına yönəlmiş mühüm sənədlər imzalanıb.

Ermənistan Respublikası və Fransa Respublikası hökumətləri arasında süni intellekt, kibertəhlükəsizlik və yarımkeçiricilər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Hayrapetyan və Fransanın Avropa məsələləri üzrə müvəkkil naziri Benjamin Haddad imzalayıblar.

Daha çox göstər
Back to top button