
Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil.
“Armenpress”in məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət brifinqi zamanı Ukrayna Prezidenti Vladimir Zelenskinin Yerevana səfəri və bununla bağlı edilən tənqidlərlə bağlı sualı cavablandırarkən bildirib.
“Ukrayna prezidentinin səfəri ilə bağlı əvvəllər də bu mövzuda açıqlamalar vermişəm. Biz Ukraynaya humanitar yardım göndərmişik və demişəm ki, Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyilik”, – deyə Paşinyan bildirib. Baş nazir vurğulayıb ki, Alma-Ata Bəyannaməsi Ermənistan üçün fundamental əhəmiyyət kəsb edir və Yerevan da bunun əsasında Azərbaycanla sülh prosesi qurur.
“Bilirsiniz ki, Alma-Ata Bəyannaməsi bizim üçün nə qədər vacib və fundamentaldır və biz bu bəyannaməyə və bu təməl üzərində Azərbaycanla sülh qururuq. Və bu, bizim prinsipial mövqeyimizdir”, – deyə Baş nazir qeyd edib. Ukrayna prezidenti Vladimir Zelenski mayın 4-də Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün Yerevana səfər edib.







