BaşlıcaSiyasət

Ermənistan-Azərbaycan media-ekspert dəyirmi masası zamanı dialoq imkanları müzakirə edilib

Mayın 6-da Yerevanda Ermənistan Şurası (Armenian Council) tərəfindən təşkil olunmuş Ermənistan-Azərbaycan media-ekspert dəyirmi masası zamanı regional siyasi proseslər, təhlükəsizlik çağırışları və dialoq imkanları müzakirə olunub.

Görüşdə iştirak ediblər:

Ermənistan tərəfindən: Ekspert və media sahəsinin bir sıra nümayəndələri.

Azərbaycan tərəfindən: Ekspertlər Fərhad Məmmədov, Zaur Şiriyev və Rusif Hüseynov.

Fikir mübadiləsi və sual-cavab formatında keçən aktiv müzakirələr zamanı iştirakçılar hər iki cəmiyyətin Cənubi Qafqazda gedən siyasi proseslərlə bağlı təsəvvürlərini təqdim ediblər.

 Hər iki tərəf etimadın qurulması, kommunikasiya yollarının açılması və ekspert dialoqunun davamlılığının vacibliyini vurğulayıb.

Şuradan verilən məlumata görə, görüş açıq və konstruktiv atmosferdə keçib. Bir çox iştirakçı sülh prosesində bu növ müzakirələrin əhəmiyyətini xüsusi qeyd edib.

Daha çox göstər
Back to top button