BaşlıcaSiyasət

Ermənistanın Baş naziri də Moskvada 9 may paradına dəvət olunub

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Azatutyun”a (Azadlıq Radiosu) bildirib ki, mayın 9-da Moskvada keçiriləcək parada qatılmaq üçün Ermənistanın Baş nazirinə də dəvət göndərilib. Onun sözlərinə görə, dəvət bütün qardaş ölkələrə göndərilib.

Səfir, bununla belə, Nikol Paşinyanın Moskvada Qırmızı Meydanda keçiriləcək paradda iştirak edib-etməyəcəyi barədə məlumatı olmadığını qeyd edib. Ermənistan hökuməti hələlik Paşinyanın iştirakı barədə məlumat verməyib.

Daha çox göstər
Back to top button