
Ermənistan Respublikasının Xarici İşlər Naziri Ararat Mirzoyan Fransa Prezidenti Emmanuel Makronun fərmanı ilə Fəxri Legionun Böyük Zabiti (Grand Officier de la Legion D’honneur) ordeni ilə təltif edilib.
“Armenpress”-in məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat verib. Bu mükafat, Böyük Xaçdan sonra Napoleon Bonapart tərəfindən 1802-ci ildə təsis edilmiş Fəxri Legionun 2-ci ən yüksək ordenidir.








