BaşlıcaEkonomika

XİN:  “Türkmənistandan Ermənistana yanacaq idxalı perspektivləri müzakirə edilib”

Xarici İşlər nazirliyi Türkmənistan və Ermənistan Xarici işlər nazirlərinin müavinləri arasında keçirilən görüş barədə məlumat yayaraq, tərəflərin Türkmənistandan Ermənistana yanacaq idxalı perspektivlərini müzakirə etdiklərini qeyd edib.

Məlumatda, xüsusilə, deyilir:

“Ermənistan Respublikasının Xarici işlər nazirinin müavini Mnatsakan Safaryan “Yerevan Dialoqu” beynəlxalq konfransında iştirak etmək üçün Ermənistanda səfərdə olan Türkmənistanın Xarici işlər nazirinin müavini Əhməd Qurbanovla görüşüb.

Görüş zamanı həmsöhbətlər qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini, o cümlədən qarşıdakı tədbirlər və qarşılıqlı səfərlərin proqramlarını, habelə çoxtərəfli platformalarda əməkdaşlığı müzakirə ediblər.

Tərəflər, həmçinin Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh şəraitində yaranan imkanları, o cümlədən Türkmənistandan Ermənistana yanacaq idxalı perspektivlərini müzakirə ediblər”.

Daha çox göstər
Back to top button