
Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, mayın 28-nə planlaşdırılan hərbi paradda ictimaiyyət Fransa Prezidenti Emmanuel Makronun Ermənistana hansı dəstəyi verdiyini görəcək.
“Fransa Prezidenti Emmanuel Makronun nə etdiyi sualına gəlincə, mayın 28-də görəcəyik. Nə danışım ki, göstərəcəyəm” – deyə Paşinyan bildirib.
Mayın 28-də Respublika meydanında keçiriləcək paradda Ermənistanın son illərdə əldə etdiyi silah-sursat nümayiş etdiriləcək.







