
Dağlıq Qarabağ məsələsi müstəqil Ermənistan üçün tələdir. Bu barədə Ermənistan Parlamentinin sədri Alen Simonyan “Deutsche Welle”yə verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, bu tələ Ermənistanın heç vaxt müstəqil ola bilməməsi üçün qurulmuşdu.
“Eyni zamanda, Azərbaycan da bir o qədər asılı vəziyyətdə olacaqdı. Bu, bir təsir rıçağı (lütfü) olacaqdı. Biz bu barədə artıq danışmışı.
Qarabağ hərəkatı səhifəsi bağlanıb və biz bir daha bu məsələyə qayıtmamalıyıq. Bu, yeganə düzgün yoldur” – deyə Simonyan əlavə edib.







