
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan-Rusiya münasibətlərində böhran görmür. Verilən məlumata görə, Qriqoryan bu barədə jurnalistlərlə söhbətində bildirib.
“Ermənistan-Rusiya münasibətlərinin geniş gündəliyi var. Bu baxımdan, münasibətlərin bütün spektrini nəzərə alsaq, bəzi yerlərdə suallar ola bilər, lakin ümumilikdə münasibətlərdə böhran görmürəm” – deyə Qriqoryan qeyd edib.
Təhlükəsizlik Şurasının katibi Moskvadan Ukrayna Prezidenti Volodimir Zelenskiyə Yerevanda platforma verilməsi ilə bağlı səslənən bəyanatlara da toxunub:
“AB Siyasi Birliyinin iclasını Ermənistanda keçirdik, formatı qoruyub saxladıq” – deyə Armen Qriqoryan bildirib.







