BaşlıcaSiyasət

Mirzoyan Putinin kəskin bəyanatı barədə: “Qərar vermək vaxtı çatanda, verəcəyik”

“Düzünü desəm, hazırda seçki kampaniyasındayıq və bütün bəyanatları, təfərrüatları izləməyə çox vaxtımız olmur. Lakin qeyd etdiyiniz konkret həmin epizodla bağlı biz də həmişə demişik: Ermənistanın Aİİ (Avrasiya İqtisadi İttifaqı) və AB” arasında seçim etməli olduğu an gəldikdə, təbii ki, biz bu seçimi edəcəyik”.

Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan jurnalistin Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi kəskin bəyanatlara (Ermənistanın Aİİ-də qalmaq və ya sivil qaydada “boşanaraq” AB-nə tərəf getmək barədə qərar verməli olduğu haqda) reaksiyası ilə bağlı sualını belə cavablandırıb.

“Orada yeni bir şey yoxdur. Hazırda biz Aİİ üzvüyük, fəaliyyətimizi orada davam etdiririk. O da sirr deyil ki, Ermənistan xalqının da, belə demək mümkünsə, Avropa iddiaları var. Qərar vermək vaxtı çatanda, verəcəyik” – deyə Mirzoyan əlavə edib.

Jurnalistin Paşinyanın Moskvada verdiyi “Ermənistan hələ də Aİİ üzvüdür” bəyanatının qüvvədə olub-olmaması ilə bağlı müşahidəsinə Mirzoyan belə cavab verib:

“Bu gün 10 maydır, biz Aİİ üzvüyük, bizə heç kim deməyib ki, sabah çıxın. Bu, qüvvədədir”.

Daha çox göstər
Back to top button