
Meğridə erməni xalqı tarixinin ən uzun körpüsü tikilir. Alınan məlumata görə, bu barədə məzuniyyətdə olan Ermənistan Baş naziri, “Mülki Müqavilə” partiyasının idarə heyətinin sədri Nikol Paşinyan “Facebook”da yayımlanan videosunda bəyan edib.
“Əziz xalqım, indi gördüyünüz bu sütunlar, Ermənistan tarixində, nəinki bugünkü Ermənistanın, həm də, demək olarsa, erməni xalqı tarixinin ən uzun körpüsüdür” – deyə Paşinyan qeyd edib. Onun sözlərinə görə, tikilən körpünün uzunluğu 700 metr olacaq.







