BaşlıcaSiyasət

Ermənistan və Azərbaycan delimitasiyanı Şimaldan Cənub istiqamətində davam etdirmək barədə razılığa gəliblər”

Ermənistan və Azərbaycan arasında delimitasiya prosesini Şimaldan Cənub istiqamətində davam etdirmək barədə razılıq əldə olunub.

 Bu barədə hakim “Mülki Müqavilə” partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Baş nazir Nikol Paşinyan bəyan edib.

“Biz qəbul edirik ki, işğal olunmuş ərazilər problemimiz var və de-yure bu məsələ həll olunub” – deyə o, qeyd edib.

Paşinyan 2024-cü ildə Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının fəaliyyət reqlamentini imzalayıb ratifikasiya etməsi faktına istinad edib.

Burada Alma-Ata bəyannaməsi delimitasiyanın fundamental prinsipi kimi qəbul olunub.

“Bu o deməkdir ki, Sovet Ermənistanı və Sovet Azərbaycanının sərhədləri iki ölkə arasında dövlət sərhədləri olmalıdır. Həll yolu məhz belə olacaq” – deyə o, aydınlıq gətirib.

Daha çox göstər
Back to top button