BaşlıcaSiyasət

Akif Çılğıc və Magdalena Qrono Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərini müzakirə ediblər

Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çılğıc Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə AB xüsusi nümayəndəsi Magdalena Qrono ilə görüşüb.

Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanma prosesi, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi, Cənubi Qafqazda nəqliyyat əlaqəsi layihələri, regional sabitlik və təhlükəsizlik məsələləri, habelə AB-nin regiona yanaşması müzakirə edilib.

Cənubi Qafqazda dayanıqlı sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş birgə səylərin vacibliyi vurğulanıb.

Daha çox göstər
Back to top button