
Ermənistan Respublikasının baş nazir müavini Mher Qriqoryan ABŞ Dövlət Departamentinin “Qlobal İnfrastruktur və İnvestisiyalar üzrə Tərəfdaşlıq Fondu”nun nümayəndə heyəti ilə Ermənistana səfər etmiş Amerikanın AECOM mühəndislik-məsləhətçi şirkətinin komandasını qəbul edib. Komanda TRIPP-in ərazi tədqiqat işlərinə başlamaq məqsədilə Ermənistana gəlib.
Alınan məlumata görə, Ermənistan hökumətinin yaydığı bəyanatda qeyd olunur ki, şirkət Baş nazir müavininə onların hazırlayacağı texniki-iqtisadi qiymətləndirmə üzrə aparılan işlərin əsas istiqamətlərini və gözlənilən nəticələri təqdim edib.
Baş nazir müavini TRIPP təşəbbüsünün regionda sülh və sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq həyata keçirilən işləri önəmli hesab edib və regional kommunikasiyaların blokadadan çıxarılması imkanlarını təqdim edib.
O, Ermənistan Respublikası ərazisi vasitəsilə yüklərin və resursların tranziti üçün böyük potensialın mövcud olduğunu xüsusi qeyd edib.







