Ermənistanda YouTube-un monetizasiyası rəsmən fəaliyyətə başlayıb

“YouTube” şirkəti 11 may tarixindən etibarən Ermənistanda “YouTube Tərəfdaşlıq Proqramı”nın (YouTube Partner Program – YPP) fəaliyyətə başladığını rəsmən elan edib.
Bu, Ermənistanda fəaliyyət göstərən məzmun yaradıcılarına platformanın gəlir əldə etmə (monetizasiya) alətlərindən tam istifadə etmək imkanı verir.
Verilən məlumata görə, bu barədə Ermənistanın Yüksək Texnologiyalar Sənayesi nazirliyi məlumat yayıb. “YouTube Tərəfdaşlıq Proqramı” yaradıcıların, sənətçilərin və media qurumlarının platformada dərc olunan məzmundan gəlir əldə edə bildiyi bir platformadır.
Proqram rəsmən 11 maydan işə düşür. Bu sistemin tətbiqi barədə qərar 10 fevral tarixində ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistana səfəri zamanı əldə olunmuş razılaşma nəticəsində qəbul edilib.
“YouTube Tərəfdaşlıq Proqramı” məzmun yaradıcılarının, sənətkarların və kütləvi informasiya vasitələrinin platformada pul qazandığı bir alətdir.
Bütün dünyada 3 milyondan çox yaradıcı bu proqramın üzvüdür və son dörd il ərzində “YouTube” onlara 100 milyard dollardan çox vəsait ödəyib.
Şirkətin gəlirlərin bölüşdürülməsi modeli “YouTube”un uğurunun birbaşa məzmun yaradıcılarının uğuru ilə mütənasib olduğu sadə ideyasına əsaslanır.







