
Erməni sənətini dünya kontekstində öyrənmək məqsədilə Ermənistanda iki günlük konfrans keçiriləcək. Verilən məlumata görə, mayın 15-i və 16-da “Armenian Modern and Contemporary Art Project” (AMCA) “Mədəni kontekst və şəxsiyyət: Erməni sənəti qlobal dialoqda” mövzusunda beynəlxalq konfrans təqdim edəcək.
Tədbir Ermənistan, Avropa və daha geniş regiondan olan tədqiqatçıları, kuratorları və müxtəlif qurumları bir araya gətirəcək.
İki günlük proqram dörd əsas istiqamət ətrafında qurulub: qurumlar, dəstək və mədəniyyət siyasəti; rəqəmsal bilik və sənətin gələcəyi,bədii dialoqlar və təsirlər; müasir erməni sənəti hərəkatları.
Bu konfrans AMCA təşəbbüsünün ilk böyük ictimai tədbiridir. AMCA beynəlxalq tədqiqat və əməkdaşlıq nəticəsində formalaşmış uzunmüddətli layihədir.
O, erməni sənətinin dünya incəsənət tarixində məhdud təmsil olunmasına reaksiya vermək, gələcək nəşrlərin yaradılmasına və rəqəmsal arxivin inkişafına töhfə vermək məqsədi daşıyır.
İştirakçılar arasında beynəlxalq aparıcı mütəxəssislər doktor İen Robertson, Pedro Lapa və Alfredo Kramerotti, eləcə də regional qurumlar və sənətçilər yer alır.
“Erməni sənəti uzun illər dünya incəsənət tarixinin kənarında qalıb; bu, dəyər çatışmazlığından deyil, kifayət qədər təmsil olunmamaq və sistemli tədqiqatın azlığı səbəbindən baş verib” — deyə AMCA rəhbəri Zara Uzunyan-Halpin qeyd edib.
“Bu konfrans beynəlxalq peşəkar dialoqun formalaşması, yeni əməkdaşlıqların qurulması və erməni sənətinin qlobal mədəniyyət xəritəsində daha görünən olması istiqamətində mühüm addımdır” — deyə AMCA-nın direktor müavini, tədqiqatlar rəhbəri və konfransın sədri doktor İen Robertson bildirib.
Konfrans Avropa İBirliyinin Ermənistandakı nümayəndəliyinin dəstəyi, Ermənistandakı Göte İnstitutu və EUNIC ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.







