BaşlıcaSiyasət

TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı dövlətlərarası müqavilə layihəsinin yekunlaşdırılması üzərində işlər aparılır

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan təmin edir ki, TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı Ermənistan və ABŞ arasında gündəlik iş aparılır.

Onun sözlərinə görə, hazırda tərəflər arasında layihə ilə bağlı dövlətlərarası müqavilə layihəsinin yekunlaşdırılması üzərində işlər gedir.

Verilən məlumata görə, Paşinyan bu barədə jurnalistlərlə brifinqdə danışıb, TRIPP layihəsinin həyata keçirilməsinin gedişinə və bu proqramın icrası üçün ərazinin tədqiqi məqsədilə ABŞ-dan Ermənistana gələn nümayəndə heyətinin səfərinə toxunub.

Amerika nümayəndə heyətinin bu səfərinin layihənin icrasının artıq praktiki mərhələyə qədəm qoyması mənasını daşıyıb-daşımadığı sualına cavab olaraq Paşinyan bununla bağlı praktiki olaraq gündəlik iş aparıldığını bildirib.

 “Layihə ətrafında paralel proseslər baş verir: həm ərazilərin tədqiqi aparılır, həm də istisna edilmir ki, məsələn, bəzi infrastrukturların əsaslı təmirinə başlayaq – dəmiryol stansiyaları və s.” – deyə Nikol Paşinyan qeyd edib.

Baş nazirin sözlərinə görə, proses çərçivəsində dövlətlərarası müqavilə layihəsinin yekunlaşdırılması işləri də aparılır.

“Biz mümkün qədər tez onu imzalamaq və ona de-yure qüvvə vermək istəyirik. Praktikada TRIPP ətrafında gündəlik iş gedir” – deyərək Ermənistanın Baş naziri vurğulayıb.

O, həmçinin əlavə edib ki, hazırda həm ərazinin tədqiqi, investisiya maraqlarının tədqiqi, idarəetmə modellərinin öyrənilməsi, həm də de-yure əhəmiyyət kəsb edən müqavilənin öyrənilməsi həyata keçirilir.

Ermənistan Respublikasının Baş nazir müavini Mher Qriqoryan mayın 13-də Ermənistana səfər etmiş Amerika AECOM mühəndis-məsləhət şirkətinin TRIPP üçün ərazinin tədqiqi işlərinə başlamaq məqsədilə Ermənistana gələn komandasını qəbul etmişdi.

Şirkət baş nazir müavininə onlar tərəfindən hazırlanacaq texniki-iqtisadi qiymətləndirmə ətrafında aparılan işlərin əsas istiqamətini və gözlənilən nəticələri təqdim edib.

Baş nazir müavini TRIPP təşəbbüsünün regionda sülh və sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, aparılan işlərin vacibliyini qeyd etmiş və regional kommunikasiyaların blokadadan açılması imkanlarını təqdim edərək Ermənistan Respublikasının ərazisindən yüklərin və resursların tranziti üçün böyük potensialı vurğulamışdır.

Daha çox göstər
Back to top button