
44 günlük müharibə nəticəsində erməni tərəfdən 3833 nəfər həlak olub. Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib.
“Bunlar təsdiq edilmiş rəqəmlərdir, cinayət işləri başlanılıb” – deyə o, qeyd edib.
O, həmçinin itkin düşənlərin təxmini sayını – təxminən 160 nəfər olduğunu bildirib.
Simonyan müxalifəti onun qiymətləndirməsinə görə, həlak olanların sayını süni şəkildə şişirtməkdə ittiham edib. “Niyə qurbanların hesabına siyasi dividendlər qazanmağa çalışırsınız?” – deyə sual verib.







