BaşlıcaSiyasət

Paşinyan zamin institutu haqqında:  “Biz icazə verməyəcəyik ki, bizi kiməsə qarşı istifadə edib sonra götürüb kənara atsınlar”

Ermənistan və Azərbaycan arasında qurulmuş sülh üçün Ermənistanın baş naziri Nikol Paşinyan zamin institutunun zəruriliyini görmür.

Verilən məlumata görə, Paşinyan  bu haqda Yerevanın Mərkəz inzibati rayonunda keçirilən seçkiqabağı təşviqat zamanı qeyd edib.

“Bu gün elə siyasi qüvvələr var ki, bizim zaminlərə sahib olmalıyıq deyirlər. Biz belə rejimdə yaşamışıq, hüquqi cəhətdən məcburi qüvvəyə malik müqavilə bazamız olanda, təhlükəsizlik zaminlərimiz olanda ki, onlar da bizim təhlükəsizliyimizi qorumalı idilər, lakin həmin təhlükəsizlik zaminlərindən biri, mahiyyət etibarilə, Bakıda rəsmi səfərdə olarkən çox açıq və şəffaf bəyanatla çıxış etdi, söhbət Belarus prezidentindən gedir ki, o, 44 günlük müharibənin hazırlıq işlərində iştirak edib.

Həmin şəxs bizim təhlükəsizlik zaminlərimizdən biri idi, HAKK təşkilatının üzvü idi. Getmək və hər dəfə eyni dırmığa basmaq, sadəcə, olmaz. Nəhayət, biz o dövrü aradan qaldırmalıyıq ki, bizə icazə verək, başqaları bizi başqalarına qarşı istifadə edib sonra atıb kənara atsınlar” – deyə Paşinyan   qeyd edib.

Nikol Paşinyan bunun ən vacib tarixi-siyasi dəyişiklik olduğunu qeyd edib.

Daha çox göstər
Back to top button