BaşlıcaSiyasət

ATƏT PA-nın Müşahidə Missiyasının rəhbəri mayın 22-23-də Yerevanda olacaq

ATƏT Parlament Assambleyasının Müşahidə Missiyasının rəhbəri Evrosima Peyoviç, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinin müşahidəsinə hazırlıq işləri çərçivəsində mayın 22-23-də Yerevanda olacaq.

Verilən  məlumata görə, bu barədə ATƏT məlumat yayıb. Səfər zamanı o, dövlət qurumlarının, seçki administrasiyasının, siyasi partiyaların və blokların, vətəndaş cəmiyyəti təşkilatlarının, media nümayəndələri ilə, həmçinin ATƏT-in artıq Ermənistanda yerləşən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) missiya nümayəndələri ilə görüşlər keçirəcək.

Məlumata görə, səfərin məqsədi seçkiönü vəziyyət və seçkilərə hazırlıq prosesi barədə təsəvvür yaratmaqdır. Qeyd olunur ki, Peyoviç ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru təyin edilmiş Fara Kərimi ilə birlikdə çalışacaq.

ATƏT PA-nın müşahidə missiyası həmçinin Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti nümayəndə heyətləri ilə də əməkdaşlıq edəcək.

 Məlumatda bildirilir ki, ATƏT Parlament Assambleyası Ermənistanda seçkiləri müşahidə etmək sahəsində uzunmüddətli təcrübəyə malikdir və ölkəyə ilk missiyasını hələ 1995-ci ildə göndərib.

Müşahidə missiyasında ATƏT regionunun 30-dan çox ölkəsindən 100-dən çox parlamentari və əməkdaşın iştirakı gözlənilir.

Daha çox göstər
Back to top button