
MDB müşahidə missiyasının rəhbəri, MDB Baş katibinin müavini Nurlan Musatayevıç Seytimovun başçılıq etdiyi nümayəndə heyəti mayın 18-də Ermənistan Respublikasının Mərkəzi Seçki Komissiyasında qonaq olub.
Ermənistan MSK-sının verdiyi məlumata görə, MDB Ermənistan Respublikasının Parlamentinin keçiriləcək növbəti seçkilər üçün Ermənistana ümumilikdə 120 müşahidəçi göndərəcək.
MSK sədri Vahaqn Hovaqimyan müşahidə missiyasının nümayəndələrini salamlayıb və seçkilər ərəfəsində MSK-nın hazırlıq işlərini təqdim edib.







