BaşlıcaSiyasət

ER Təhlükəsizlik Şurasının katibi və Litvanın XİN rəhbəri Ermənistan-AB strateji tərəfdaşlıq gündəliyinə aid məsələlərə toxunublar

Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Litvanın Xarici işlər naziri Kestutis Budrisi qəbul edib. Alınan  verdiyi məluma görə, Təhlükəsizlik Şurasının katibi görüş haqqında “Facebook” səhifəsində yazaraq detalları təqdim edib:

“Nümayəndə heyətinin Ermənistana səfərini salamlamış və iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini və fəal siyasi dialoqu vurğulamışam.

 Ermənistan-Litva ikitərəfli münasibətlərinin geniş gündəliyinin bir sıra məsələlərini müzakirə etmiş və gələcək əməkdaşlıq yollarını qeyd etmişik.

 Ermənistan-AB  strateji tərəfdaşlıq gündəliyinə aid məsələlərə, həmçinin Ermənistan-AB viza liberallaşdırılması üzrə davam edən dialoqa toxunmuş, Avropa Komissiyası tərəfindən Ermənistana təqdim edilmiş Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planının (FAP) həyata keçirilməsi üzrə irəliləyişlə bağlı birinci hesabatda Ermənistan hakimiyyətinin AB ilə viza liberallaşdırılmasına yönəlmiş zəruri islahatları həyata keçirmək üçün dəqiq siyasi öhdəliyinin yüksək qiymətləndirilməsini məmnunluqla qeyd etmişəm” – deyə Armen Qriqoryanın qeydində bildirilib.

Daha çox göstər
Back to top button