
Rusiya nəşri “The Insider” Ermənistanda parlament seçkiləri ərəfəsində Rusiyanın mümkün təsirinə aid geniş məqalə dərc edib.
Həmçinin “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyana və “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanına toxunub.
Alınan məlumata görə, “The Insider” sızan məlumat bazalarına istinad edərək iddia edir ki, 1999-cu ildə Samvel Karapetyanın Kaluqada aldığı xarici pasportun sənədlərində “iş yeri” bölməsində “İC FSB” (“Rusiya Federal Təhlükəsizlik Xidmətinin İnformasiya Mərkəzi”) qeyd olunub.
Nəşr anonim mənbəyə istinadən yazır ki, Rusiya hüquq-mühafizə sisteminin keçmiş əməkdaşının sözlərinə görə, bu cür qeydlər xüsusi xidmət orqanları ilə əlaqəsi olan şəxslərdə istifadə edilə bilərdi.

Məqalədə həmçinin qeyd olunur ki, Samvel Karapetyan hazırda hakimiyyəti zəbt etməyə açıq çağırışlar və çirkli pulların yuyulması ilə bağlı iş çərçivəsində həbsdədir.
Eyni zamanda qeyd olunur ki, o, baş nazir Nikol Paşinyanın çıxışlarından sonra katolikos Qaregin B-ni açıq şəkildə müdafiə edib.
“The Insider” məqaləsində Qaqik Tsarukyanı da “Kremlin digər dostu” adlandıraraq ona toxunub.
Nəşr yazır ki, Ermənistanda Tsarukyan süd məhsulları və konyak istehsalı sahələrində fəaliyyəti sayəsində imkanlar toplayıb, Rusiyada isə “Tihivz”, “J İnvest” və “Elit Story” şirkətlərinin təsisçilərindən biridir.
Məqaləyə görə, bu şirkətlər Moskva bölgəsində elit yaşayış evlərinin tikintisi ilə məşğuldurlar.

Nəşr həmçinin qeyd edir ki, Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası 2019-cu ildə Rusiyanın “Vahid Rusiya” partiyası ilə əməkdaşlıq memorandumu imzalayıb.
Məqalədə həmçinin qeyd olunur ki, Rusiya Prezident Aadministrasiyasının ləğv edilmiş bölmələrinin sızan materiallarında Tsarukyanın şəxsiyyət vəsiqəsinin surəti və onun 2017-ci il seçki kampaniyasının maliyyə sənədləri mövcud olub.








