4 milyard dollar investisiya edilir. Sevak Mikayelyan AB zavodu layihəsinin ikinci mərhələsinin təsdiqləndiyini bildirib

Hrazdan şəhərinin meri Sevak Mikayelyan Hrazdanda tikilən süni intellekt (AI) zavodunun layihəsinin ikinci mərhələsinin təsdiqləndiyini, bu çərçivədə əlavə 4 milyard dollar investisiya nəzərdə tutulduğunu bildirib.
Onun sözlərinə görə, layihə Hrazdanı regional texnoloji və innovasiya mərkəzinə çevirə bilər. “Artıq bilirsiniz ki, Hrazdanda 500 milyon dollarlıq investisiya ilə süni intellekt (AI) zavodu tikilir.
Məmnuniyyətlə bildirmək istəyirəm ki, layihənin 4 milyard dollar investisiya edilən ikinci mərhələsi təsdiqlənib. Bu, təkcə icmamız üçün deyil, bütün Ermənistan üçün Hrazdanı regional texnoloji və innovasiya mərkəzinə çevirmək yolunda misli görünməmiş fürsətdir.
Diqqətçəkən məqam odur ki, bu gün dünyada cəmi 13 belə AI zavodu fəaliyyət göstərir və 14-cüsü məhz Hrazdanda tikilir. Onu da qeyd edim ki, AI zavodunun tikintisi və sonrakı fəaliyyətinin əsas texnoloji tərəfdaşı dünya bazarında bazar kapitallaşması təxminən 4.6 trilyon dollar dəyərində qiymətləndirilən NVIDIA şirkətidir.
Gələcəyin Hrazdanını birlikdə qururuq” – deyə o yazıb.







