BaşlıcaEkonomika

Rusiya mayın 22-dən Ermənistandan çiçək idxalını məhdudlaşdıracaq

“Rosselxoznadzor” (Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti) 2026-cı il mayın 22-dən Ermənistandan çiçək məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək.

Məhdudiyyətlər Ermənistan istixana təsərrüfatlarının yoxlanışları və nəticələrin təhlili başa çatanadək qüvvədə olacaq.

Qurumun izahına görə, qərar Rusiyanın fitosanitar təhlükəsizliyini və ixrac potensialını qorumaq məqsədilə qəbul edilib.

Bəyanatda qeyd olunur ki, Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi Orqanının verdiyi zəmanətlərə baxmayaraq, Aİİ üçün karantin əhəmiyyətli məhsulların aşkarlanması davam edir.

Xüsusilə, idxal edilmiş 96.2 milyon çiçək məhsulunda 135 qayda pozuntusu halı qeydə alınıb ki, bu da 2025-ci il ərzində aşkar edilmiş ümumi halların 77%-ni təşkil edir.

Daha çox göstər
Back to top button