BaşlıcaBeynəlxalq

Paşinyan:  “Axurik-Akyaka və Yerasx qovşağının dəmiryollarının təmirinə başlayacağıq”

Ermənistan hökuməti yaxın gələcəkdə Gümrü-Axurik-Akyaka (Türkiyə) və Yerasx qovşağının dəmiryolunun təmirinə başlayacaq.

Alınan məlumata görə, bu barədə Şirak vilayətinin Sarnağbyur yaşayış məntəqəsində seçkiqabağı təşviqat kampaniyası zamanı məzuniyyətdə olan Baş nazir, ”Mülki  müqavilə”partiyasının Baş nazirliyə namizədi Nikol Paşinyan bəyan edib.

“Türkiyə tərəfindən artıq başlanılıb və dəmiryolu açılacaq, biz də Yerasx qovşağının təmirinə başlayacağıq. Ermənistan hökuməti öz üzərinə götürəcək, güzəşt müqaviləsi olsa da, biz investisiya qoyacağıq, dəmiryolunu təmir edəcəyik, bərpa edəcəyik və dəmiryolu açılacaq” – deyə Paşinyan bildirib.

Nikol Paşinyan Gürcüstana və Türkiyəyə Axalkalaki-Qars dəmiryolunu Ermənistandan ixrac və Ermənistana idxal üçün açdıqlarına görə təşəkkür edib.

 Mayın 8-də Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərinin seçkiqabağı təşviqat kampaniyası başlayıb və bu, iyunun 5-dək davam edəcək.

Seçkilərdə iştirak üçün 19 siyasi qüvvə – 2 blok və 17 partiya qeydiyyatdan keçib. “Mülki müqavilə” partiyası seçkilərdə 16 nömrəli “Ey Tanrım, sülhə dayaq dur” şüarı ilə iştirak edir.

“Mülki müqavilə” partiyası Mərkəzi Seçki Komissiyasına 283 namizəddən ibarət seçki siyahısı, həmçinin milli azlıqların 10 namizədindən ibarət siyahı təqdim edib. Partiyanın Baş nazirliyə namizədi Nikol Paşinyandır.

Daha çox göstər
Back to top button