BaşlıcaEkonomika

Paşinyan TRIPP haqqında: “Yaxın gələcəkdə ABŞ ilə saziş imzalamağa hazırlaşırıq”

Son illərdə Ermənistan geosiyasi baxımdan kənardan mərkəzə keçib. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Şirak vilayətinin Sarnağbyur kəndinin sakinləri ilə görüşdə bəyan edib.

Onun sözlərinə görə, bunun daha bir təsdiqi TRIPP layihəsinin həyata keçirilməsidir. “Hazırda ABŞ ilə saziş imzalamağa hazırlaşırıq ki, bu da artıq açıqlanmış çərçivəni əhatə edəcək. Bütün prinsiplər açıqlanıb.

Dəmiryolu Meğridən Meğridən Naxicevana, Naxicevandan Yerasxa, Yerasxdan Gümrüyə, Axurik vasitəsilə Türkiyəyə  keçəcək.

Çox vacibdir ki, layihənin həyata keçirilməsi nəticəsində İran-Ermənistan dəmiryolu da açılacaq. Yəni Fars körfəzindən Qara dənizə – Batum, Poti, Anakliyaya kimi dəmiryoluna sahib olacağıq.

Bu, çox vacibdir, çünki ölkəmizin iqtisadi vəziyyəti 100 faiz dəyişəcəkdir”- deyə Paşinyan bəyan edib.

O, xatırladıb ki, “Sülh kəsişməsi” layihəsi təqdim ediləndə sual yaranmışdı ki, bu nə dərəcədə realdır.

“Bu gün bu, reallığa çevrilir. Ermənistan müharibə çıxılmazından sülhün kəsişməsinə çevrilir. Məhz bu layihə masadadır. Bu, yalnız vətəndaşların dəstəyi ilə həyata keçirilə bilər” – deyərək  Paşinyan bəyan edib.

Daha çox göstər
Back to top button