BaşlıcaMədəniyyət

Yerevanda dünyanın nüfuzlu “Concours Mondial de Bruxelles” şərab dequstasiyası müsabiqəsi başa çatdı

Mayın 19-dan 23-dək Ermənistanda ilk dəfə olaraq dünyanın nüfuzlu “Concours Mondial de Bruxelles” (Brüssel Dünya Müsabiqəsi) şərab dequstasiyası müsabiqəsi keçirilib.

Tədbir çərçivəsində Ermənistana şərabçılıq sahəsi üzrə 400-ə yaxın beynəlxalq ekspert, jurnalist, somelye və digər sahə nümayəndələri təşrif buyurub.

 Bu barədə İqtisadiyyat nazirliyi məlumat yayıb.

Mayın 20-də Qarni məbədində qonaqların qəbulu baş tutub və tədbirdə Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan açılış nitqi ilə çıxış edib.

Mayın 21-də isə İrəvanda nazir Papoyanın iştirakı ilə müsabiqənin rəsmi açılış mərasimi keçirilib.

Müsabiqə müddətində beynəlxalq şərab ekspertləri 65-ə yaxın ölkədən təqribən 8000 şərab növünü, o cümlədən 130-a yaxın erməni şərabını dadıblar.

Müsabiqənin yekun günündə növbəti ev sahibi ölkənin Portuqaliya olacağı elan edilib.

Xatırladaq ki, Ermənistan regionda bu miqyasda qlobal şərab dequstasiyası müsabiqəsinə ev sahibliyi edən ilk ölkədir.

Daha çox göstər
Back to top button