BaşlıcaSiyasət

The Guardian: “Putinin yaxın ətrafı onu internetin bloklanmasından imtina etməyə inandırmağa çalışıb”

Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafındakı məmurlar onu 2025-ci ildən güclənən Rusiyada sərt internet məhdudiyyətlərinin tətbiqindən imtina etməyə inandırmağa çalışıblar.

Bu haqda Britaniyanın The Guardian qəzeti xəbər verib. Anonim mənbələrə görə, bu məmurlar sırasında Putinin mətbuat katibi Dmitri Peskov və prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko da olub.

Nəşrə görə, Rusiya biznesinin milyardlarla itkilərinə səbəb olan internetin söndürülməsi Rusiya elitasının müzakirə mövzusuna çevrilib.

Putini rəqəmsal məhdudiyyətləri sərtləşdirməməyə inandırmaq cəhdləri müsbət nəticə verməyib, çünki Ukraynaya qarşı müharibə zamanı o, təhlükəsizlik qüvvələrinin rəyinə güvənir –deyə bu haqda Britaniya qəzeti yazır.

Daha əvvəl The Bell nəşri bildirmişdi ki, Rusiyada internet sahəsində məhdudiyyətlər dalğasına FSB-nin ikinci xidməti himayədarlıq edir və Kreml bu sahədə ona kart-blanş verib.

The Guardian-ın mənbəsinə görə, Rusiyada ictimai narazılığın səbəbi həm də 2026-cı ildə vergilərin artırılması və qiymətlərin qalxması, həmçinin Sibirdə mal-qaranın kütləvi şəkildə kəsilməsidir.

Aprel ayında Putinin ictimai narazılığı hətta dövlət nəzarətində olan təşkilatların keçirdiyi ictimai sorğularda da müşahidə olunub. O zaman Rusiya əhalisinin ümumi xoşbəxtlik indeksi 15 ilin ən aşağı səviyyəsinə enib, vətəndaşların Rusiya prezidentinə inam reytinqi isə müharibənin əvvəlindən bəri ən aşağı səviyyədə olub.

Daha çox göstər
Back to top button