BaşlıcaSiyasət

Ararat Mirzoyan:  “TRIPP layihəsi bir neçə həftə ərzində imzalanacaq”

 Ermənistan və Birləşmiş Ştatlar arasında TRIPP layihəsinə dair sənəd yaxın həftələrdə tam olaraq imzalanacaq. Bu barədə mətbuat konfransı zamanı Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan bəyan edib.

Layihədən danışarkən o qeyd edib ki, artıq dövlətlərarası sazişin paraflanması baş tutub və bu, çox tez bir zamanda yekun sənədə çevriləcək:

“Mətn artıq tamamilə razılaşdırılıb, siyasi anlaşma və razılıqlar mövcuddur, lakin ölkələrdə keçməli olan texniki prosedurlar var. Hesab edirəm ki, bir neçə həftə ərzində imzalama baş tutacaq”.

Nazir vurğulayıb ki, geosiyasi və regional vəziyyətin mürəkkəb olmasına baxmayaraq, tərəflər prosesi ardıcıl şəkildə irəli aparırlar:

“Həm Birləşmiş Ştatlar hökuməti, həm də Ermənistan Respublikası hökuməti, hətta bütün bu geosiyasi və regional… xaos şəraitində, çox konsentrasiyalı şəkildə və böyük əhəmiyyət verərək bu mövzu üzərində, TRIPP-in həyata keçirilməsi istiqamətində işləyirlər”.

Daha əvvəl məlumat vermişdik ki, ER və ABŞ TRIPP və nadir faydalı qazıntılar barədə sənədlər imzalayıblar.

Mənbə factor.am.

Daha çox göstər
Back to top button