
Ermənistanın ABŞ və AB ilə əməkdaşlığı Rusiyaya qarşı yönəlməyib. Bu haqda Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Marko Rubionun Yerevana qısamüddətli səfərindən sonra keçirilən mətbuat konfransında bəyan edib.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun “Ermənistanın rəhbərliyi birbaşa təhdid mənbəyinin yaxınlığında müdafiə axtarır” bəyanatını şərh edən Mirzoyan bunun nə demək olduğunu bilmədiyini bildirib və jurnalistlərə sorğu göndərməyi təklif edib.
Nazir əvvəl səsləndirdiyi fikri təkrarlayaraq, Yerevanın Moskva ilə bütün məsələlər üzrə konstruktiv, sağlam müzakirələr aparmaqda maraqlı olduğunu bildirib.
“Hər hansı bir ölkə ilə bizim əməkdaşlığımız üçüncü ölkəyə qarşı yönəlməyib. Ermənistanın ABŞ və AB ilə əməkdaşlığı Rusiyaya qarşı yönəlməyib. Rusiya ilə əməkdaşlıq ABŞ-a, Çinə, İrana qarşı yönəlməyib” – deyə Mirzoyan bəyan edib.







