BaşlıcaEkonomika

“Ermənistan banklarında əmanətlərin dollarlaşma səviyyəsi 40% təşkil edir”

Ermənistan banklarında əmanətlərin dollarlaşma səviyyəsi qeyri-rezidentlərin əmanətləri də daxil olmaqla 40% təşkil edir.

Bu barədə jurnalistlərlə görüş zamanı Ermənistan Respublikası Mərkəzi Bankının Maliyyə Sisteminin Sabitliyi İdarəsinin rəisi Aşot Sarkisyan bildirib։

O, izah edib ki, qeyri-rezidentlərin məlumatları nəzərə alınmadan bu göstərici 35% səviyyəsindədir.

“Həm kreditlər, həm də əmanətlər üzrə dollarlaşma səviyyəsi tarixən ən aşağı göstəricidədir” — deyə Sarkisyan əlavə edib։

Ermənistan Respublikası Mərkəzi Bankının Maliyyə Sabitliyi və Tənzimləmə İdarəsinin rəisi Karen Babayan isə öz növbəsində qeyd edib ki, əmanətlərin dollarlaşma səviyyəsi 3% azalıbdır.

Daha çox göstər
Back to top button