
Ermənistan hökuməti Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistanın dövlətçiliyini diz çökdürmək istəyən bəzi dairələrin proqramının qarşısını alıb və onu iflasa uğradıb.
Alınan məlumata görə, bu barədə jurnalistlərlə brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib, o, bir neçə gün əvvəl Qarabağ xalqı ilə bağlı səsləndirdiyi bəyanata toxunub.
“Mənim çıxışım Dağlıq Qarabağın psevdoelitasına və onlarla əlaqəli dairələrə aid idi. Onlar Samvel Şahramanyanın rəhbərliyi ilə qaçıblar, indi gəliblər və Ermənistan xalqını yenidən müharibəyə cəlb etmək istəyirlər.
Qarabağın, qondarma psevdoelitasını Ermənistan Respublikasından kökündən qoparacağıq. Bu gün gəlib Qarabağ məsələsi deyirlər… Onlar özləri aydınlaşdırmalıdırlar: qaçmaqdan başqa harada idilər, başqa nə ilə məşğul idilər? Heç nəylə.
Bu çıxış ölüb qurban gedə bilən, amma getməyənlərə yox, əksinə, heç bir halda ölməməyi seçənlərə aiddir. Mənim oğlumun yanında, qəlpədən, xəndəkdə onun döyüş yoldaşları həlak olublar.
Mənim ailəm Qarabağda olub və bu çox müzakirələrə səbəb olub. Hər dəfə qaçan Qarabağ psevdoelitaları gəlib Ermənistanı yenidən münaqişəyə cəlb etmək istəyirlər.
Bunların sırasında Qarabağ xalqını girov vəziyyətində saxlayıblar, bunun tək bir məqsədi var idi: Meğri dəhlizini verdikdən sonra Ermənistanın dövlətçiliyini diz çökdürmək.
Biz bütün bu planların qarşısını almışıq. Robert Koçaryanın rəhbərliyi ilə Meğrini və Syünik-i vermək planı olub, bu plan açıqlanmışdır.
Bu planın həyata keçirilməsi üçün oktyabrın 27-si (1999-cu il parlamentə hücum – tərc.) baş verib və mən qürur duyuram ki, bu planın qarşısını aldım” – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, Qarabağ psevdoelitasının bütün nümayəndələri aydınlaşdırmalıdırlar ki, niyə cəbhə xəttində olmayıb, qaçıblar.
“Bütün qaçqınların siyahısı var. Yaxın vaxtlarda Qarabağın psevdoelitasının Ermənistan Respublikasındakı əmlak siyahılarını da açıqlayaq ki, mənzərə aydın olsun.
Bu gün onlar Qarabağın bizim xalqımızın yerləşməsinə imkan vermirlər. Biz qarşıdakı 10 ildə 800 milyard dram vəsait ayırmağı planlaşdırırıq ki, bu xalq nəhayət ki, yerləşsin, sakitləşsin, dincəlsin, qaçqın və köçkün psixologiyasından çıxsın, amma kiçik, qaçqın psevdoelita xalqa rahatlıq vermək istəmir, buna görə də bu psevdoelitanın fəaliyyəti sıfırlanmalıdır…
Qanunsuz əmlakın müsadirəsi sistemi ilə tək-tək bu onlarla və yüzlərlə evi onların əlindən alacağıq, yaxın vaxtlarda bu mütləq baş verəcək. Buna görə mən Ermənistan və Qarabağ xalqından mandat istəyirəm” – deyə Paşinyan qeyd edib.







