BaşlıcaSiyasət

Tramp Baş nazirə dəstək bildirib: “Paşinyan Ermənistanı güclü və təhlükəsiz ölkəyə çevirir”

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanı güclü və təhlükəsiz ölkəyə çevirir, həmçinin onun Ermənistan və Cənubi Qafqazla bağlı öz baxışını bölüşür.

Alınan məlumata görə, bu barədə o, Truth Social platformasında yazılıb, həmçinin son günlər ABŞ dövlət katibi ilə Ermənistan XİN başçısı Ararat Mirzoyanın görüşü zamanı imzalanmış sənədlərin vacibliyini vurğulayıb.

“Ermənistanın Baş naziri Nikol Paşinyan – yaxşı dost və lider – öz ölkəsini güclü, zəngin və çox təhlükəsiz edir. Nikol Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün sülh və firavanlıq haqqında mənim baxışımı tamamilə bölüşür” – deyə ABŞ Prezidenti yazıb.

Tramp mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı imzalanmış sənədlərin vacibliyini vurğulayıb.

“Dövlət katibimiz Marko Rubio bu yaxınlarda Ermənistana səfər etdi, orada iki ölkəmiz üçün bir neçə vacib razılaşmanı irəli çəkdi.

Tezliklə ABŞ və Ermənistan birlikdə “Beynəlxalq Sülh və Firavanlıq Naminə Tramp Yolu” layihəsinin təməlini qoyacaqlar ki, bu layihə Cənubi Qafqazı dəyişdirəcək və gözəl Amerika energetika şirkətlərimizə Mərkəzi Asiyadan ABŞ-a qədər çıxış imkanı yaratmağa kömək edəcək” – deyə Ağ Evin rəhbəri əlavə edib.

Tramp həmçinin qarşıdakı seçkilərdə Nikol Paşinyana dəstək bildirib.

“Bu səbəbləri nəzərə alaraq, Nikol 2026-cı il iyunun 7-də yenidən seçilmək üçün mənim tam və bütöv dəstəyimə malikdir. Nikolla birlikdə biz ABŞ-ı, Ermənistanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı heç vaxt olmadığı qədər yüksək zirvələrə çatdıracağıq. Ermənistanı yenidən daha güclü edin” – deyə Tramp yekunlaşdırıb.

Daha çox göstər
Back to top button