BaşlıcaSiyasət

Nikol Paşinyan sərhədin delimitasiyasından danışıb

ER  Baş naziri Nikol Paşinyan Tavuşun Berdavan icmasında seçkiöncəsi təşviqat kampaniyası zamanı bildirib ki, yaxın günlərdə böyük hadisələr gözlənilir: sərhədin delimitasiyası baş tutacaq.

O, qeyd edib ki, delimitasiya nəticəsində Sovet İttifaqı dövründə mövcud olmuş xətt bərpa olunur. “Sülh Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini tanıması təməlində təsdiq edilib.

 Bu o deməkdir ki, sərhəd Sovet Ermənistanında nə idisə, o olacaq. Delimitasiya Şimaldan başlayacaq və İran sərhədinə qədər davam edəcək.

TRIPP layihəsinin reallaşdırmağa başlayacağımız hissələrdə sərhədi qısa parçalarla delimitasiya edəcəyik. Qalan hissə ilə əyləşib işləməliyik” – deyə o qeyd edərək  əlavə edib ki, Berdavanda belə problem yoxdur, əvəzində Artsvaşendə belə problem var.

Paşinyanın sözlərinə görə, onun sərhədin delimitasiyası məsələsi ilə bağlı öz qavrayışı var və o hesab edir ki, Azərbaycanın qavrayışı da eynidir.

“Mənim qavrayışım budur ki, indi məsələni elə həll etməliyik ki, 10 ildən sonra, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra, 100 ildən sonra bir ağac, bir kol uğrunda münaqişə yenidən alovlanmasın” – deyə Nikol Paşinyan əlavə edib.

Daha çox göstər
Back to top button