
ABŞ dövlət katibi və Ermənistanın Xarici işlər naziri bu yaxınlarda “TRİPP” layihəsinin həyata keçirilməsi haqqında saziş imzalayıblar.
Uzun müddət bizi dəhliz təhvil verməyə hazırlaşmaqda ittiham etsələr də, bu sənəd gündəmdən həmin mövcud olmayan mövzunu çıxardı. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O, xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp bundan sonra yazıb ki, Ermənistanı enerji daşıyıcılarının tranziti üçün Şərqdən Qərbə mühüm marşrut kimi dəyərləndirir.
“Bu, Ermənistanın rolunun yüksəlməsi deməkdir. Beynəlxalq tərəfdaşlar Ermənistanda bəyan ediblər ki, Ermənistan Qərbdən Şərqə ən qısa yolun keçdiyi yerdə yerləşir.
Bu yol Şirak, Lori və Tavuşdan keçir. Bu o deməkdir ki, biz yaxın günlərdə dəmiryolunu təkcə cənub deyil, həm də Şimal istiqamətində açacağıq.
Biz iki qolu (İcevan-Razdan və Vanadzor-Gümrü) birləşdirəcəyik və ən qısa dəmiryol istiqamətini əldə edəcəyik. Digər tərəfdən, beynəlxalq investorlar bizə Şirak, Lori və Tavuşdan keçən yeni pullu yol tikməyi təklif edirlər” – deyə Paşinyan qeyd edib.







