
Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Dövlət başçıları 29 mayda Astanada keçirilən Avrasiya İqtisadi Birliyi sammitinin nəticələrini müzakirə ediblər.
Telefon danışığı zamanı Putin Paşinyanı ad günü münasibətilə təbrik edib.
Kremlin açıqlamasında deyilir: “29 mayda Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasının nəticələri müzakirə olunub”.







