
Rəsmi Bakı Ermənistana qarşı əsassız iddialar irəli sürmə siyasətini davam etdirir – bu iddialar təbliğat yalanı tezislərlə bəzədilib. Bu siyasət çərçivəsində Bakıda növbəti tədbir “Qərbi Azərbaycana qayıdış milli ideyanın yeni mərhələsi kimi” mövzusunda ilk beynəlxalq elmi konfrans start götürüb.
Konfrans Bakı Dövlət Universiteti və qondarma “Qərbi Azərbaycan” icması tərəfindən təşkil olunub. Azərbaycan KİV-nin məlumatına görə, “konfrans zamanı Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosial-fəlsəfi aspektləri, həmçinin onun regional sülh və təhlükəsizlik üçün əhəmiyyəti müzakirə olunacaq.
Qərbi Azərbaycana qayıdış konsepsiyası beynəlxalq hüquq kontekstində milli ideyanın inkişaf mərhələsi kimi müzakirə ediləcək.
Həmçinin humanitar və mədəni irsin qorunması sahəsində əldə edilmiş elmi nəticələr müzakirə olunacaq, qayıdış ideyası sülh və regional sabitliklə uyumlu konseptual model kimi təqdim ediləcək”.
Konfransda üç panel müzakirəsi nəzərdə tutulub: “Qayıdış və regionda sülhün yeni memarlığı”, “Qayıdış beynəlxalq hüquq və yeni reallıqlar çərçivəsində” və “Tarixi yaddaş və milli kimlik”. İyunun 4-də konfrans Bakı Dövlət Universitetində beş iclasla davam edəcək:.
“Qərbi Azərbaycan və tarixi yaddaş”, “Qərbi Azərbaycana qayıdışın hüquqi çərçivəsi”, “Qayıdış diskursunda regional təhlükəsizlik: müasir baxışlar və strateji yanaşmalar”, “Mədəni irs və mənəvi yaddaş: dil, folklor, mətbuat, kitablar və intellektual mühit” və “Qərbi Azərbaycan – yaşıl vətən”.
Təxminən 100 məruzə təqdim ediləcək. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, konfransın əsas məqsədi “Qərbi Azərbaycana” qayıtmaq ideyasını milli konsepsiya kimi öyrənmək, cəmiyyət qarşısında duran çağırışları müzakirə etmək və onların həlli üçün birgə yanaşmalar işləyib hazırlamaqdır.
O, “Qərbi Azərbaycana” aid məsələlərin elmi tədqiqinin, tarixi faktların beynəlxalq ictimaiyyət arasında yayılmasının və müxtəlif sahələrdə tədqiqatlar aparılmasının vacibliyini qeyd edib.
Babayev bildirib ki, Bakı Universitetində “Qərbi Azərbaycan” tədqiqatları mərkəzi yaradılıb və burada bir sıra elmi sahələr üzrə işlər aparılır.
“Qərbi Azərbaycana qayıdış bu gün Azərbaycan dövlətinin və Azərbaycan xalqının strateji məqsədi, həmçinin beynəlxalq hüquqa əsaslanan soydaşlarımızın hüququdur” – bu sözləri isə qondarma “Qərbi Azərbaycan” icmasının rəhbəri Əziz Ələkbərli deyib.
O qeyd edib ki, 44 günlük müharibədən sonra “tarixi torpaqlara” qayıtmaq ideyası Azərbaycan xalqı üçün milli ideyaya çevrilib.
Ələkbərli deyib ki, Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında gedən danışıqlar regionda uzunmüddətli sülhün bərqərar olmasına inam yaradır və “icma” bu prosesi “tarixi torpaqlara qayıtmaq imkanı” kimi dəyərləndirir və sülhə nail olmağa yönəlmiş səyləri dəstəkləyir.
Tarixi saxtalaşdırmanı davam etdirərək o, guya “tarixən Azərbaycan torpağı olan” Ermənistanın indiki ərazisində “əsrlər boyu soydaşların zəngin mədəni irs yaratdığını” və bu irsin öyrənilməsi, Qərbi Azərbaycan haqqında tarixi həqiqətin Azərbaycan və beynəlxalq ictimaiyyətə çatdırılmasının təşkilatın əsas vəzifələrindən biri olaraq qaldığını bildirib.
Qeyd edək ki, Bakı qondarma “Qərbi Azərbaycan” tezisini irəli sürür və bu tezlə Ermənistana qarşı öz əsassız və yalançı ərazi iddialarını qablaşdırır.
Azərbaycanda “Qərbi Azərbaycan” dedikdə Ermənistanın ərazisi nəzərdə tutulur. Onu da əlavə edək ki, OC Media xəbər vermişdi ki, onun tədqiq etdiyi sızmış sənədlər Azərbaycan Prezident Administrasiyasının “Qərbi Azərbaycan” narrativinin beynəlxalq yayılmasını necə koordinasiya etdiyini və maliyyələşdirdiyini üzə çıxarır.
Mənbə factor.am







