BaşlıcaEkonomika

Paşinyan: “Avropada erməni məhsullarına tələb artıq bizim imkanlarımızı üstələyir”

Baş nazir Nikol Paşinyan Rusiyanın ticarət məhdudiyyətləri fonunda AB-nin Ermənistana təcili dəstək göstərdiyini təsdiqləyib, lakin vurğulayıb ki, söhbət Rusiya bazarının əvəz edilməsindən deyil, ixracın şaxələndirilməsindən gedir.

Onun sözlərinə görə, erməni məhsulları artıq ondan çox yeni ölkəyə tədarük olunmağa başlayıb, üstəlik, bu istiqamətlərin bir çoxunda əvvəllər Ermənistandan ümumiyyətlə idxal olmamışdı.

Artıq irihəcmli uzunmüddətli ixrac müqavilələri bağlanılıb və yeni bazarlarda tələb erməni istehsalçılarının hazırda təmin edə bildiyi həcmləri üstələyir.

Paşinyan qeyd edib ki, hökumətin vəzifəsi biznesə istehsalı artırmaqda kömək etməkdir ki, yeni bazarlarda təkcə qısamüddətli deyil, həm də uzunmüddətli perspektivdə möhkəmlənsin.

Daha çox göstər
Back to top button