Ermənistandakı Rusiya hərbi bazasının hava hücumundan müdafiə sistemləri şərti rəqibin hücumlarına cavab veriblər

Ermənistandakı Rusiya hərbi bazasının Buk-M1-2, Strela-10 zenit-raket kompleksləri və İqla-1 daşına bilən zenit-raket komplekslərinin təlimləri ərzində şərti rəqibinin hücumlarına cavab verilib.
Rusiya Federasiyasının Cənubi hərbi okruqunun mətbuat xidmətinin bildirdiyinə görə, 3 gün ərzində hərbi qulluqçular dövlət sərhədinin və şərti rəqibinin müxtəlif hücumlarından Rusiya hərbi bazasının obyektlərinin müdafiəsinə yönəlmiş təlimlər keçiriblər.
Hava Müdafiə birlikləri çətin şəraitdə və gecə saatlarında şərti rəqibin hədəflərini aşkarlayıb və Buk, Strela və İqla sistemlərindən istifadə edərək məhv ediblər.
Zenitçilər Kamxud poliqonunda şərti rəqibin pilotsuz uçuş aparatları ilə kəşfiyyat həyata keçirilən hava hədəflərinə qarşı 10 e-siqnalı buraxıblar.
Hərbi təlimlərə 200-dən çox hərbi qulluqçu və təxminən 500 ədəd hərbi texnika cəlb olunub.







