
Azərbaycan qoşunları tərəfindən erməni sərhədyanı kəndlərinin mülki vətəndaşlara və xüsusiylə uşaqlara qarşı hərbi təcavüzünü tənqid edən Mülki İctimaiyyətin 44 təşkilatları bəyanat yaymışlar ki, orada deyilir.“Cari il sentyabrın 13-17-ə kimi olan müddətdə Azərbaycanın silahlı qüvvələri tərəfindən iri çaplı pilimotlardan bir daha Ermənistan Respublikasınn Tavuş vilayətinin sərhədyanı kəndləri bombardman edilir.Sentyabrın 15-də isə axşam çağı eləcə də Vayots Dzorun Areni kəndi atəşə məruz qalıb. Çinari kəndində atəşlər nəticəsində kəndin uşaq bağçasına, onu müdafiə edən divara, həmçinin mülki sakinlərin evlərinə zərər dəyib. Koti kəndində mülki şəxs (Suren Sepxanyan) yaralanıb, çoxsaylı təssərrüfatlara zərər dəyib. Məktəblər və uşaq bağçaları üzərinə atəşlərin bir sıra izləri var. Bütün bu əməliyyatlar İnsan haqları normlarının pozuntusuna dəlalət edir. Çünki, atəşlər bir başa mülki vətəndaşlara istiqamətlənib özü də günün günorta çağında, haçan ki, uşaqlar həyətlərdə oynayır, məqsədləri onları vurmaq, yaralamaqdır ki, dəhşətli həyacanlı gərgin vəziyyət yaradılsın. Biz hər cür mülki şəxslərə qarşı, xüsusiylə körpələrə olan hərbi təcavüzü sərtliklə məhkum edir və beynəlxalq cəmiyyəti qeyd olunan pozuntulara diqqəti cəmləşdirmək üçün dəvət edirik ki, qanun mexanizmlərini işə salmaqla antihumanizm olan oxşar varlığı aşkar etsin”.







