
Monteneqronun Hertsek Novi şəhərində iyulun 13-də keçirilən beynəlxalq Xalq mahnı və rəqs müsabiqəsi zamanı erməni “Qafqaz” rəqs ansamblının çıxışına Azərbaycan və Türkirə bayraqlarıyla şəxslər mane olmağa cəhd edib.
Bu haqda Feysbok səhifəsində istifadəçi Liana Poğosyan yazıb. Onun həyat yoldaşı “Qafqaz” rəqs ansamblının rəhbəridir.Ermənistanın çıxışından dərhal əvvəl saniyələr ərzində tamaşaçılar sırasında Azərbaycan və Türkiyə bayraqlarıyla adamlar peyda olunmuş və ucadan səslənmişlər ki, koçari rəqsi erməni rəqsi deyil və bununla da çıxışa mane olmaq istəmişlər.
“Vəziyyət getdikcə daha da alovlanır və uşaqların təhlükəsizliyi təhülükə altında olur.Bununla belə oxşar davranış uşaqları daha da ruhlandırdı və beləliklə onlar duyğulanmışdırlar və ölkəmizi daha gözəl nümayiş etdirdilər. Polis çağrıldı və onların bir hissəsi polisə aparıldı.Digərləri qaçmağa üz tutdu.Uşaqlar təmin olunub.Polis iştirakçıları müşaiyyət edib”-deyərək Liana Poğosyan yazır.







