BaşlıcaSiyasət

Qrikor Martirosyan Kaşatağ rayonuna işgüzar səfər edib

Oktyabrın 16 –da  Artsax Respublikasının Dövlət naziri Qriqori Martirosyan işgüzar səfərlə Kaşatağ  rayonunda olmuşdur.

 Artsax Respublikası Dövlət nazirinin iş  heyətindən verilən məlumata görə, Berddzorda  Səhiyyə, Şəhərsalma və  Maliyyə nazirlərinin  müşayiəti ilə Qriqori Martirosyan bölgə tibb müəssisəsinin son mərhələsinin işləri ilə tanış oldu, ciddi keyfiyyət zəmanəti ilə bağlı təlimatlar  verdi, tələb olunan münasib avadanlıqla  təmin etməyi vəd etdi. Sonra dövlət naziri “ARI” İnvestisiya Fondu ilə Artsax hökuməti arasında Ağavno icmasında imzalanan müqaviləyə əsasən 12 yeni evin tikintisi prosesi ilə tanış oldu. Kovsakanda Qrikor Martirosyan icma inkişafı məsələlərini müzakirə etmək üçün bir toplantı keçirdi. Yığıncaqda Baş prokurorun səlahiyyətlərini icra edən Aramayis Avagyan, polis rəisinin müavini Qagik Qahramanyan və digər rəsmi şəxslər iştirak  etmişdir.

Daha çox göstər
Back to top button