
37 yaşlı keçmiş Olimpiya çempionu Ermənistanın sərbəst güləş yığmasına qoşulub.Bu haqda federasiya məlumat yayıb. Afinanın Olimpiya çempionu, beşqat dünya çempionu və üçqat Avropa çempionu, 97 kq sərbəst güləşçi Hacımurad Gazalov Ermənistan sərbəst güləş yığması tərkibinə gəlib.Gazalov idman karyerasına 1993-cü ildə başlamışdır. Sonuncu dəfə 2014-cü il dünya çempionatında bürünc medal qazanmışdır.







