
Münaqişənin həlli ilə bağlı Ermənistan və Gürcüstanın rəsmi mövqeləri üst-üstə düşür. Bu haqda martın 4-də parlamentdə Baş nazir Nikol Paşinyan deputatların suallarını cavablandırarkən deyib.
O, qeyd edib ki, Gürcüstana səfəri zamanı əsas məsələlərdən biri bölgədəki gərginlik olub.
“Biz o gərginliyi azaltmağın yollarını müzakirə etdik hansı ki, bu gərginliyi zəiflətməyə icazə verəcək.. Hər iki tərəf bunda maraqlıdır və biz əməkdaşlığın bölgədəki gərginliyi azaltmağa kömək edəcəyi məqamları müəyyənləşdirməyə çalışdıq”-deyərək Paşinyan qeyd edib.
Baş nazir həmçinin Gürcüstanın münaqişələrin yaşandığı bir ölkə olduğunu söylədi, bununla belə rəsmi mövqei odur ki, bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır.
“Bu yanaşma ilə mövqelərimiz üst-üstə düşür və bu, əməkdaşlığımız üçün əla bir fürsətdir”- deyərək o, bəyan etdi.
Qonşu ölkəyə səfərin çox uğurlu olduğunu deyən Paşinyan Gürcüstan tərəfinə əməkdaşlığa görə təşəkkürünü bildirdi.
Əməkdaşlığın imkanları barədə danışmaqla xarici siyasətin müxtəlif istiqamətlərinə baxmayaraq, əməkdaşlıq imkanlarından danışan Baş nazir qeyd edib ki, əsrlər boyu bölgədə erməni və gürcü xalqları sülh və harmoniya şəraitində yaşayıblar.
“Biizm aramızda düşmənçilik yoxdur, çünki ciddi qarşıdurmalar olmayıb.. Strateji əməkdaşlıqdan danışarkən, strateji əməkdaşlığımızı növbəti 100 il üçün planlaşdırmağı nəzərdə tuturuq”-deyərək Baş nazir qeyd edib.
Xatırladaq ki, martın 3-4-də ER Baş naziri Nikol Paşinyan iki günlük səfərlə Gürcüstana getmişdi.. Səfəri zamanı o, gürcü həmkarı Georgi Qaxarii, həmçinin Prezident Salome Zurabişvili, parlament spikeri Arçil Talakvadze və Ümum Gürcüstan Patriarxı İlya İkinciylə görüşmüşdür.







