
Artsax Respublikasının Prezidentinin namizədi, Artsax qəhrəmanı, general Vitali Balasanyan və “Ardarutyun” (Ədliyyə) partiyasının üzvləri martın 4-də Askeran rayonunda idi. Onlar Xntsax, Aygestan, Xndzristan, Xaçen, Noragyuğ və Xnapat kəndlərində oldular. Hər yerdə namizəd isti qarşılandı, kəndlilərlə ünsiyyət açıq və dürüst idi.
Diqqətəlayiqdir ki, qeyd edilmiş kəndlərin bir çox sosial problemləri var, amma seçicilərin əsas marağı korrupsiyaya qarşı mübarizə, Artsax təhlükəsizliyinnin təmin edilməsi və Qarabağ münaqişəsinin həlli idi. Artsax təhlükəsizliyi barədə müzakirələrdə kəndlilər qeyd edir ki, prezident namizədi Balasanyandan, eləcə də Ermənistan hakimiyyətlərindən dəqiq mövqeyi və yanaşmanı gözləyir.
“Biz Artsaxı birlikdə azad etməyi və müdafiə etməyi bacardıq. Mən hərbçi olaraq, Sizinlə yol keçmiş insan olaraq, deyirəm ki, ərazilər təhvil verilməyəcək”- deyə Vitali Balasanyan qeyd etdi.
O, vurğuladı ki, kəndlilərlə tamamilə razıdır: əgər ölkənin təhlükəsizliyi istiqamətində dəqiq addımlar atılmazsa, nə iqtisadiyyatı olacaq, nə səhiyyəsi, nə təhsili, nə də yaxşı həyatı olmayacaq. “İcazə verməyəcəyəm, Sizin qarşınızda andımı təkrarlaya bilərəm… Gəlin bu gün yanımızda olmayan döyüş yoldaşlarımıza cavab verək, əlimizdə olan ölkə budur”- deyə Balasanyan qeyd etdi.
Prezident namizədi əmindir ki, heç kim onun stul və ya pul istədiyini düşünmür. Balasanyan vurğuladı ki, seçkilərdə hər kəsin səsinin həlledici olacağı başa düşmək lazımdır. O, seçiciləri gedib seçimlərini etməyə çağırdı.







