BaşlıcaBeynəlxalq
Gürcüstan XİN qarşısında mitinq: “ XİN Davit Qareci monastrının okupasiyasını dayandırmaq üçün heç bir hərəkət etmir”

Gürcüstandakı David Gareci monastır kompleksinin mühafizə komitəsi, monastır kompleksi məsələsinin həllində nazirliyin fəal iştirakını tələb edərək, Gürcüstan Xarici İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirib Bu haqda gürcü mətbusu metronome.ge məlumatlandırıb.
Etirazçıların sözlərincə, gürcü ruhaniləri və mülki şəxslər David Qareci ərazisi ətrafında sərbəs hərəkət edə bilməlidirlər.
“Zalkaliani idarəsi səssizdir, cavab yoxdur.Onlar səfiri (Bakıdan) geri çağırmalı və etiraz notası vermədilər.
“Nazirliyə, Azərbaycanın Gürcüstan ərazisini işğal etməsinə dərhal reaksiya verilməsini tələb edən məktub göndərmişik” -deyə David Gareci monastırının mühafizə komitəsinin sədri Nikoliz Mzhavanadze bildirib.







